Yunker xəstəxanaya yerləşdirildi

yunker-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1427

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avstriya tətilini xəstəxanada keçirməli olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, politoloq Lüksemburqda əməliyyat olunub. Əməliyyatla Yunkerin öd kisəsi çıxarılıb.

Qeyd edək ki, Yunker 2014-cü ildən Avropa Komissiyasına rəhbərlik edir. Onu bu postda oktyabrdan etibarən Ursula fon der Lyayen əvəz edəcək.