Yusif Eyvazov “Don Karlos” operasında...

yusif-eyvazov-don-karlos-operasinda
Oxunma sayı: 1041

Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

"Qafqazinfo" xəbər verir ki, səhnə əsərində Don Karlos obrazını martın 2-də və 4-də Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) canlandıracaq.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.