Yusif Səfərov küçəsi ilə bağlı xəbərdarlıq

yusif-seferov-kucesi-ile-bagli-xeberdarliq
Oxunma sayı: 3679

Bu gecə Yusif Səfərov küçəsində rənglənmə işləri aparılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə "Azəravtoyol” ASC-nin mətbuat katibi sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.