Yuşşenko İsa Qəmbərə məktub göndərdi

yussenko-isa-qembere-mektub-gonderdi
Oxunma sayı: 647

Hörmətli cənab İ. Qəmbər!
Bizim əziz azərbaycanlı qardaşlarımız!
Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı öz səmimi təbriklərimi bildirirəm. Sizin ölkəniz üçün böyük məna kəsb edən bu hadisə ilə bağlı Sizinlə bərabər sevinirəm. İnanıram ki, Sizin partiyanız davamlı prinsipial, vətənpərvər mövqeyi sayəsində gələcəkdə də nüfuzunu daha da artıracaq və ölkəniz naminə fəaliyyətiniz xalq və tarix tərəfindən layiqincə qiymətləndiriləcək.
Mən Müsavat Partiyasının 100 illiyi ilə bağlı tədbirə dəvətə görə şəxsən partiya lideri İsa Qəmbərə ürəkdən təşəkkürümü bildirirəm. Çox təəssüflər olsun ki, mən bu mötəbər tədbirdə iştirak edə bilməyəcəyəm. Amma səmimi qəlbdən inanıram ki, gələcəkdə bizim dəfələrlə görüşmək, təcrübə və bilik mübadiləsi aparmaq imkanımız olacaq.
Fürsətdən istifadə edərək bu mötəbər tədbirə Azərbaycanın çiçəklənməsi naminə uğurlar və yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı şərəfli tarixə və nəhəng perspektivlərə malikdir. Buna görə də Sizə hər zamankı kimi müstəqil, inamlı və qürurlu olmağı arzulayıram”.

Musavat.com