“Yuventus” 10 nəfərlə qalib gəldi - Video

yuventus-10-neferle-qalib-geldi
Oxunma sayı: 2884

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Valensiya” ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Turin təmsilçisi ulduz hücumçusu Kriştiano Ronaldonun 29-cu dəqiqədə qırmızı vərəqə almasından sonra 10 nəfər qalıb.

Buna baxmayaraq “Yuventus” Pyaniçin 45 və 51-ci dəqiqələrdə penaltidən vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Valensiya” 90+7-ci dəqiqədə Danioel Parexo ilə penalti zərbəsini qola çevirə bilməyib.