Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulur.
“Qafqazinfo” xəbər verir ki, mərhələnin son iki oyunu İngiltərə və Almaniyada keçirilir.
"Yuventus" səfərdə "Atletiko"nun, "Mançester Siti" isə "Şalke"nin qonağıdır.
***
Serxio Aqueronun vurduğu qolla “Mançester Siti” ilk hissədə hesabı açır.
***
Ev sahibi “Şalke" oyunun 36-cı dəqiqəsində penalti qazandı. Bentalebin vurduğu qolla hesab bərabərləşdi.
***
Nabil Bentalebin 45-ci dəqiqədə vurduğu növbəti penalti qolu ilə "Şalke" önə keçir.
***
Birinci hissə başa çatıb.
***
"Atletiko" 79-cu dəqiqədə Gimenezin vurduğu qolla 1:0 önə keçdi.
***
Ev sahibi “Atletiko” 83-cü dəqiqədə Godinin atdığı qolla fərqi ikiyə çıxardı.
***
“Mançester Siti” 85-ci dəqiqədə Sanenin vurduğu qolla hesabı bərabərləşdirdi.
***
90-cı dəqiqədə Rahim Sterlinq "Mançester Siti"ni hesabda önə keçirdi.
***
"Atletiko" 2:0, ""Mançester Siti" isə 3:2 hesabla qələbə qazandı.