“Yuventus” zirvənin bir addımlığında

yuventus-zirvenin-bir-addimliginda
Oxunma sayı: 639

Turinlilər evdə “Napoli”ni darmadağın edib – 3:0. Beləliklə, “qoca sinyora” “Milan”la xal fərqini 2-ə endirib.
Klaudio Ranyerinin istefasından sonra Andrea Stramaççioninin rəhbərliyi ilə ilk oyununa çıxan “İnter” də turu qalib başa vurub. “Neradzurra” “Cüzeppe Miasso” stadionunda “Cenoa” ilə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 9 top vurulub. Bu toplardan 4-ü penalti zərbəsindən reallaşdırılıb. Tərəflər hərəyə bir dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Sonda “İnter” 5:4 hesablı qələbəyə sevinib.

"Kataniya" - "Milan" - 1:1
Qollar: Robinyo, 34 (0:1), Spolli, 57 (1:1)
"Parma" - "Latsio" - 3:1
Qollar: Mariqa, 6 (1:0), Flokkari, 12 (2:0), 72 (3:1), Skaloni, 36 (2:1)
"Roma" - "Novara" - 5:2
Qollar: Karakiolo, 17 (0:1), Mattos, 25 (1:1), Osvaldo, 34 (2:1), Simplisio, 55 (3:1), Krkiç, 62 (4:1), Morimoto, 77 (4:2), Lamela, 90 (5:2)
"Leççe" - "Çezena" - 0:0
"Kalyari" - "Atalanta" - 2:0
Qollar: Konti, 11 (1:0), Pinila, 55 (2:0)
"Fiorentina" - "Kyevo" - 1:2
Qollar: Pellisier, 24 (0:1), Lyayiç, 71 (1:1), Riqoni, 88 (1:2)
"Boloniya" - "Palermo" - 1:3
Qollar: Sorensen, 51 (1:0), Budan, 69 (1:1), Hernandez, 76 (1:2), İliçiç, 86 (1:3)
"Syena" - "Udineze" - 1:0
Qol: Destro, 70 (1:0)
"İnter" - "Cenoa" - 5:4
Qollar: Milito, 13 (1:0), 27 (2:0), 85-pen (5:3), Samuel, 38 (3:0), Moretti, 45 (3:1), Palasio, 59-pen (3:2), Zarate, 74 (4:2), Cilardinyo, 85-pen (4:3), 90-pen (5:4)
"Yuventus" - "Napoli" - 3:0
Qollar: Bonucci, 53 (1:0), Vidal, 75 (2:0), Kvalyarella, 83 (3:0)

Ceyhun Əhmədov