“Yuventus”dan 4 illik müqavilə

“Yuventus”dan 4 illik müqavilə
Oxunma sayı: 716

“Yuventus” “Arsenal”ın futbolçusu heyətinə qatıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi Aaron Remzi ilə 4 illik müqavilə imzalayıb.

O, həftəlik 400 min funt-sterlinq, 4 il ərzində ümumilikdə 83,2 milyon funt-sterlinq qazanacaq. Bununla da ən bahalı britaniyalı futbolçu ünvanını əldə edəcək.

Remzi iyulun 1-də - “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq.

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu 259 oyunda 61 qol vurub. O, Uels millisinin heyətində isə 58 oyunda 14 qola imza atıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi