“Yuventus”dan çətin qələbə, Ronaldo qol vura bilmədi - Video

yuventusdan-cetin-qelebe-ronaldo-qol-vura-bilmedi
Oxunma sayı: 4635

İtaliya çempionatında 1-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Yuventus” ilk matçında səfərdə “Kyevo” ilə qarşılaşıb.

Matçda hesabı “Yuventus” açsa da, sonradan 2:1 geriyə düşüb. Lakin, əzmkarlıq nümayiş etdirən Turin təmsilçisi son saniyələrdə qələbə qazanmağa nail olub – 2:3.

“Yuventus”un yeni transferi Kriştiano Ronaldo da 90 dəqiqə meydanda olub və qol vura bilməyib.

“Kyevo” – “Yuventus” – 2:3

3 – Xedira (0:1)

38 – Stepinski (1:1)

56 – Qiaççerini (2:1)

77 – Bani (2:2, avtoqol)

90+3 – Bernardeşi (2:3)