“Yuventus”dan “qol yağışı” - Video

yuventusdan-qol-yagisi
Oxunma sayı: 1482

Bu gün İtaliya çempionatında 23-cü turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Sassuolo”nu qəbul edib.

Turin təmsilçisi rəqibini 7 cavabsız qolla darmadağın edib.

“Qoca Sinyora” bu qələbə sayəsində xalını 59-a çatdırıb və “Napoli”ni keçərək müvəqqəti liderliyə yüksəlib.

Qeyd edək ki, “Napoli” bu gecə səfərdə “Benevento” ilə qarşılaşacaq.

“Yuventus” – “Sassuolo” – 7:0

Qollar: 9 – Aleks Sandro, 24, 27 – Sami Xedira, 38 – Pyaniç, 63, 74, 83 – Hiquayn.