“Yuventus”un futbolçusunu ağır cəza gözləyir

yuventusun-futbolcusunu-agir-ceza-gozleyir
Oxunma sayı: 2225

“Yuventus”un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskoya qarşı ədəbsiz hərəkət edib.

“Qafqazinfo” xəbər verir ki, Braziliya millisinin üzvü 90+1-ci dəqiqədə rəbinə kəllə vurub və sarı vərəqə alıb. Bununla da kifayətlənməyən Kosta 2 dəqiqə sonra Di Françesko ilə dialoq zamanı onun gözlərinin içinə baxaraq, üzünə tüpürüb. Onun bu ədəbsiz hərəkəti VAR-ın köməkliyi ilə baş hakimə çatıdırılıb. Hakim də Duqlası qırmızı vərəqə gösətərərək, meydandan qovub.

Bu hərəkətə görə, 28 yaşlı vinqeri 3-5 oyunluq cəza gözləyir.