Yuxarı Qarabağ kanalında silah-sursat tapılıb - Fotolar

Yuxarı Qarabağ kanalında silah-sursat tapılıb
Oxunma sayı: 840

Yuxarı Qarabağ kanalında silah-sursat tapılıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, martın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat 10 mart 2018-ci il tarixi üçün dayandırılıb, növbəti gün əməliyyatın davam etdirilməsi nəzərdə tutulub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi