Yuxu zamanı beyində nə baş verir?

yuxu-zamani-beyinde-ne-bas-verir
Oxunma sayı: 3410

Britaniyalı alimlər insan yata zaman beyində nələrin baş verdiyini araşdırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “MedicalXpress” nəşri məlumat yayıb.

Məlumata əsasən, yuxu zamanı aktual informasiyaları özündə saxlayan neyronlar arasında əlaqə güclənir.

“İnsanın hissləri və onların əhəmiyyətindən asılı olaraq müvafiq neyronlar arasında əlaqələrin həcmi dəyişir”, -deyə Ana Qonsales Rueda bildirib.

Onun sözlərinə görə, bu mexanizm sinir sisteminin həddindən artıq həyəcanlanmasının qarşısını alır. Bundan başqa, beyin informasiyanı itirmədən uzun müddət ərzində mühüm məlumatları saxlamaq imkanı qazanır.

“Neyronlarda əlaqələrin saxlanılması və onların fəallığı çox enerji tələb edir. Buna görə vacib olan məlumalatın saxlanılması daha səmərəlidir”,-deyə alim qeyd edib.