“Yuxuma girməzdi ki, Əli qardaşını öldürərər”

yuxuma-girmezdi-ki-eli-qardasini-oldurerer
Oxunma sayı: 1199

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahidlər dindirilib. 

Qardaşların qonşusu Vaqif Kazımov ifadə verib. O bildirib ki, Əli və Murad daim çox sakit olublar: "Onların evindən heç vaxt səs-küy gəlməzdi. Çox sakit ailə idilər. Yatsam da yuxuma girməzdi ki, Əli Muradı öldürərər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir, anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq". 

Hakim bildirib ki, Ə.Əliyevin digər qardaşı, şahid Fərhad Əliyev məhkəməyə gəlməyib. Növbəti iclasda onun ifadə verəcəyi gözlənilir. 

Proses aprelin 25-də davam etdiriləcək. 

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizora baxan qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevi bıçaqlayaraq öldürüb. M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub. 

Murad Əhməd