“Yüz illərdir vahid ailə kimi yaşayırlar” – - İlham Əliyev

yuz-illerdir-vahid-aile-kimi-yasayirlar-
Oxunma sayı: 1996


Prezident İlham Əliyev Milad Bayramı münasibəti ilə Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

 “Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda İ. Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edib: “Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar. Bu gün Azərbaycan dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində,  inkişaf və quruculuq  prosesində  yaxından iştirak edirlər.

Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu  bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq  gətirsin”.