Zabitimiz şəhid oldu

zabitimiz-sehid-oldu
Oxunma sayı: 648

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zabit Elşad Həsənov Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Milli Ordunun zabiti iyulun 29-da axşam saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib.

23 yaşlı Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.