Zabratda öldürülən gəncin anası danışdı- - Video

zabratda-oldurulen-gencin-anasi-danisdi-
Oxunma sayı: 4723


“Qafqazinfo” xəbər verir ki, bunu APA TV-yə Zabratda 307 saylı məktəbin qarşısında şəxsi ədavət nəticəsində öldürülən tələbə Yaqub Musayevin anası deyir. Onun sözlərinə görə, dəfələrlə qarşı tərəfin təhdidləri, təhqiredici xəbərdarlıqları barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Lakin tədbir görülməyib.

Ailələr arasında ədavət 2 il əvvəl yaranıb. İki qardaş hazırda həbsdə olan Rabil Musayevin işlədiyi dükana gəlib, aralarında mübahisə olub. Həmin vaxt Ramil Musayev qardaşları bıçaqla vurub. Onlardan Rafael Fərəcov ölüb, Kamil isə digəri yaralanıb. Məhkəmənin hökmü ilə Rabil Musayev 14 il müddətinə azadlıqdan məhrum edilir: "Mənim 43 yaşım var. Cox şey yaşamışam həyatda. Amma bir şeyi bilirəm ki, mənim yoldaşım onu  təsadüfən öldürmüşdü. Qəsd yox idi. Onlarsa mənim balamı qəsdən öldürdülər".

Hadisədə təqsirləndirilən Kamil Fərəcov da demişdi ki, hadisədən sonra rayona gedib, qardaşının qəbrini ziyarət edib, sonra polisə təslim olub.

Sevinc Musayeva deyir ki, həyat yoldaşına hökm oxunanadan sonra dəfələrlə qonşularına barışıq təklif ediblər. Amma hər dəfə rədd cavabı alıblar. Sonda ailənin ikinci övladı Kamil Fərəcov 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürüb, onun bibisi oğlu 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi ov tüfəngi ilə yaralayıb. 

Hadisədən sonra Ağsuya gedən Kamil Fərəcov orada tutulub.

Xəstəxanada olan Pərvin Mehdiyevin ağ ciyəri zədələndiyindən həyati təhlükəsi var.

Bu gün qətlə yetirilən Yaqubun üç mərasimi keçirilib. Sağ olsaydı, bu gün onun 20 yaşını qeyd edəcəkdilər...