Zabratda qəza - Piyada öldü

zabratda-qeza
Oxunma sayı: 1920

Bakıda minik avtomobili piyadanı vuraraq öldürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün saat 15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 40-45 yaşlarında kişini vurub. Nəticədə həmin şəxs hadisə yerindəcə keçinib.

Minik avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılaraq dindirilməsi üçün İdarəyə aparılıb.

Röya