Zabratda vurulan piyada öldü

Zabratda vurulan piyada öldü
Oxunma sayı: 811

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 15-də saat 1 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini E.İsrafilzadə idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Şərbətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi