Zabratdakı dəhşətli qəzadan - - Video

zabratdaki-dehsetli-qezadan-
Oxunma sayı: 9438


Qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İki “Merdeces” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 5  nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

“Qafqazinfo” avtosfer.az saytına istinadən xəbər verir ki, jurnalist Fərahim İlqaroğlu facebookda həmin dəhşətli qəzanın videosunu yayıb. Həmin videoda hadisənin bir göz qırpımında baş verdiyi və üç avtomobilin bir anda parça-parça olduğu əksini tapıb. “Mersedes” isə aşaraq bir neçə metr kənara düşüb. Videoya diqqətlə baxdıqda aydın olur ki, elə həmin aşan «Mersedes» kobud qayda pozuntusuna yol verərək qoşa xəttin tələbini pozub sola dönməyə çalışır. Özü də avtomobillərin hərəkətinin sıx və sürətli olduğu bir vaxtda bu addımı atan sürücü ağır qəzanın baş verməsinə səbəb olur. Hazırda faktla bağlı araşdırma aparılır.