Zakir Həsənov əsgərləri təbrik etdi

zakir-hesenov-esgerleri-tebrik-etdi
Oxunma sayı: 635


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Z.Həsənov zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslara müraciət edərək onları təbrik edib: “Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əsas amalı həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət olan Qurban bayramı respublikamızda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlərlə qeyd olunur. 

Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılıb, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub, müstəqilliyimiz daha da möhkəmlənib.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.