Zakir Həsənov Gürcüstana getdi

zakir-hesenov-gurcustana-getdi
Oxunma sayı: 744

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan müdafiə naziri Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində Z. Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.