Zakir Həsənov Kasprşiki qəbul edib

zakir-hesenov-kasprsiki-qebul-edib
Oxunma sayı: 692


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki,  avqustun 15-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.