Zakir Həsənov keçmiş prezidentlə müzakirə etdi

zakir-hesenov-kecmis-prezidentle-muzakire-etdi
Oxunma sayı: 1423


“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Müdafiə naziri qonaqla Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.

Öz növbəsində, B.Tadiç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.