Zakir Həsənov Moskvaya gedir

zakir-hesenov-moskvaya-gedir
Oxunma sayı: 831

İyulun 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvaya səfər edəcək.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.