Zakir Həsənov NATO generalı ilə görüşüb

zakir-hesenov-nato-generali-ile-gorusub
Oxunma sayı: 923


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Silahlı Qüvvələrin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan Müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər.

General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Silahlı Qüvvələrin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.

Görüşdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.