Zakir Həsənov nazirləri Naxçıvana yığır

zakir-hesenov-nazirleri-naxcivana-yigir
Oxunma sayı: 4015


Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Naxçıvanda görüşü planlaşdırılır.

Müdafiı Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycanın rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.