Zakir Həsənov Rəhim Cəfərovun yerinə təyinat etdi

zakir-hesenov-rehim-ceferovun-yerine-teyinat-etdi
Oxunma sayı: 6045


"Qafqazinfo" “Axar.az”a istinadən xəbər verir ki, “Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilib. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib. 

Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib: 

“Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.  

Qeyd edək ki, İlqar Mazanov bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verib.