Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib

zakir-hesenov-sergey-soyquya-bassagligi-verib
Oxunma sayı: 2098

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

"Qafqazinfo" nazirliyə istinadən xəbər verir ki, başsağlığında deyilir:

“Suriyda vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən sizinlə birlikdə kədərlənirik”.