Zakir Həsənov Silahlı Qüvvələrin hospitalında olub

zakir-hesenov-silahli-quvvelerin-hospitalinda-olub
Oxunma sayı: 950


"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.