Zakir Həsənov yenidən cəbhə bölgəsində

zakir-hesenov-yeniden-cebhe-bolgesinde
Oxunma sayı: 2919


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olmuş, sakinlərlə görüşmüş, onların qayğıları, problemləri ilə maraqlanıblar. Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim olunub.

General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. 

Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.