Zakir Həsənovdan Ohanyana sərt- - Cavab

zakir-hesenovdan-ohanyana-sert-
Oxunma sayı: 3518


Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Seyran Ohanyan verdiyi açıqlamada əsirlərin dəyişdirilməsi prosesinin  Ermənistanla Azərbaycan arasında birbaşa təmasların olmaması ucbatından çətinləşdiyini bildirib. 

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ermənistanlı həmkarına cavabı gecikməyib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Respuklikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Sergey Ohanyanın tərəflər arasında inam atmosferinin artması fikrinə cavab olaraq bildirib ki, bu, yalnız Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızdan işğalçıların tamamilə və qeyd-şərtsiz çıxarıldığı halda baş tuta bilər.