Zakir Qaralovla görüş olacaq

zakir-qaralovla-gorus-olacaq
Oxunma sayı: 1283

Baş prokuror Zakir Qaralov oktyabrın 26-da saat 10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinlərinin qəbulunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.