Zakir Sadatın “İraq olsun” sənədli povesti satışa çıxarılıb

zakir-sadatin-iraq-olsun-senedli-povesti-satisa-cixarilib
Oxunma sayı: 646

Povest boyu bu günlər tarixən üzləşdiyi ağır zamanlarından növbətisini yaşayan İraqın keçmişindən bu gününəcən olan mövcudluğuna yazıçı-jurnalist baxışı sərgilənir, olaylar bəzən bədii, bəzən fəlsəfi, bəzən isə sırf stinger yanaşması ilə oxucuya çatdırılıb. Əsərdə Kərkük qırmızı xətlə keçir, kərküklülərin Azərbaycan sevgisi inandırıcı, tam gerçəkçi kəlmələr ilə təsvir edilib. Məhəmməd Füzulinin məzarı, onun nəslindən olanlarla bağlı yeni informasiya isə yazar müdaxiləsinə yol vermədən İraqa, onun Səddam rejiminə yeni baxışı ortaya qoyub, bizə indiyə qədər bilmədiyimizi məlumatları verib.

Səfər boyu yazarın və yol yoldaşlarının başına gələn qorxulu əhvalatlar isə macəra romanlarını xatırladır.

Qeyd edək ki, müəllifin kitaba daxil etdiyi “Salam Baça” hekayəsi isə Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilsə də, Azərbaycanda ilk dəfədir ki, oxuculara təqdim edilir.