“Zamanında vurulan sillənin xeyri çox olur” - Çerçesov

zamaninda-vurulan-sillenin-xeyri-cox-olur
Oxunma sayı: 1521

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov Uruqvaya uduzduqları oyundan sonra açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, məğlubiyyətin lazım olduğunu bildirib:

“Çətin oyun idi. Uruqvaya qarşı oynamaq asan deyil. 10 nəfər qaldıqdan sonra bu daha da çətinləşdi. Belə vəziyyətdə hücumların sayı azaldı və bizim bərabərlik qolu vurmaq şansımız yox idi. Uruqvay tamam başqa səviyyədə komandadır. Zamanında vurulan sillənin xeyri çox olur”.