Zamiq mövsümü “Xəzər Palace”da açır - Fotolar

zamiq-movsumu-xezer-palaceda-acir
Oxunma sayı: 3578

Lənkəran şəhərində yerləşən, cənubun gözəl məkanı: “Xəzər Palace”, yay mövsümünə start verir. 

“Qafqazinfo” xəbər verir ki, Aşağı Nüvədi qəsəbəsində yerləşən otelin ilk məşhur qonağı isə müğənni Zamiq Hüseynovdur. 

Müğənni yüksək xidməti ilə fərqlənən məkanda solo konsert verəcək. 

Musiqili gecə iyunun 24-də baş tutacaq.  Zamiq açıldığı gündən həm yerli əhalinin, həm turistlərin sevimli istirahət məkanına çevrilmiş oteldə yeni və köhnə mahnılarını səsləndirəcək. 

Bundan əlavə, sənətçi rəsmi instaqram səhifəsində konsertin afişasını paylaşaraq hər kəsi “Xəzər Palace”a dəvət edib. Müğənni bildirib ki, o, mövsümə Lənkəranda konsert verərək açır.