Zamiq Naxçıvanda konsert verdi - Fotolar + Video

zamiq-naxcivanda-konsert-verdi
Oxunma sayı: 3152

Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynov növbəti konsertini edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi Naxçıvandakı Heydər Əliyev adına Sarayda pərəstişkarları ilə görüşüb. 

Zamiqi səhnədə öz ansamblı və Bakıdan apardığı rəqs qrupu müşayiət edib.  “Kaman” adlı gecədə Hüseynov 1 saat 45 dəqiqə ərzində köhnə və yeni hitlərini səsləndirib. Həmçinin, səhnədə Zamiq reper Nadeerlə "Qoy ağlasın" mahnısını duet şəklində ifa edib. 

Konsertdən sonra Zamiq külisdə fanatları ilə görüşüb, onlarla foto çəkdirib.