Zamiq solo konsertə hazırlaşır

zamiq-solo-konserte-hazirlasir
Oxunma sayı: 1092

Müğənni Zamiq Hüseynov noyabr ayının 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  canlı konsert proqramı ilə çıxış edəcək. 

“Qafqazinfo” xəbər verir ki,“Kaman” adlanan konsertdə Zamiq  öz ifasında sevilib populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli və əbədiyaşar bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək. 

Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.