Zamiqdən yenilik

zamiqden-yenilik
Oxunma sayı: 2911

Müğənni Zamiq Hüseynov maraqlı bir layihəyə imza atıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi həm özünün, həm digər yerli məşhurların, həm də əcnəbi (rus və ingilis dilində) mahnıları akustik versiyada ifa edib. 

İki saatlıq video-rolik ifaçının “Youtube” səhifəsi üçün lentə alınıb. 

Zamiqin oxuduğu 24 mahnı hissə-hissə rəsmi hesabında yerləşdirilib. Həmin bəstələrə “Sən olmasan”, “Zalım dünya”, “Bu şəhəri çox sevirəm”, “Lady” və başqaları daxildir. 

Mini konsertdə müğənnini əməkdar artist Eldar Məmmədovun rəhbərlik etdiyi şəxsi ansambılı müşayiət edib.