Zamiqin toyu təxirə düşdü

zamiqin-toyu-texire-dusdu
Oxunma sayı: 5261

Müğənni Zamiq Hüseynovun toyu təxirə düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı “Xəzər maqazin”ə müsahibəsində deyib.

Zamiq nikahının mayda baş tutmayacağını söyləyib: “Hamı mənə çox sual verdi. Axırda dedim ki, hə, bu ay toy olacaq. Təbii ki, bu, alınacaq. Hər şey yolundadır, sevgi və məhəbbət yerindədir. Bu dəqiqə başqa planlar var”.

Qeyd edək ki, müğənni aprel ayında verdiyi açıqlamada gələn ay evlənəcəyini söyləmişdi: “Bu barədə çox danışmaq istəmirəm, çox xahiş edirəm. Yaxın bir ay ərzində, mayda toyum olacaq”.