Zamirə Hacıyeva London küçələrində - Video

zamire-haciyeva-london-kucelerinde
Oxunma sayı: 9180

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib.

“Qafqazinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, o, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə jurnalistlərin sualına cavab verməkdən imtina edən Z.Hacıyeva üzünü kağız ilə gizlədib. 

Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.