Zamirə Hacıyevanın 49 milyonluq əmlakı müsadirə oluna bilər

zamire-haciyevanin-49-milyonluq-emlaki-musadire-oluna-biler
Oxunma sayı: 2103

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 22 milyon funt sterliq (təxminən 49 milyon AZN) dəyərindəki əmlakı müsadirə edilə bilər.

“Qafqazinfo” Britaniya KİV-ə istinadən xəbər verir ki, əgər Z.Hacıyeva sərvətinin maliyyə mənbəyini açıqlamaqdan yenə imtina edərsə, Britaniya məhkəməsi onun Naytrcbricdəki 11,5 milyon funt sterlinq dəyərindəki evi və Askotdakı 10,5 milyon funt sterlinq dəyərindəki qolf-klubuna da həbs qoya bilər. 

Xatırladaq ki, bir neçə gün əvvəl Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib. 

Bundan əvvəl isə onun 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarına həbs qoyulmuşdu. 

Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı  Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.