Zaqatalada bədbəxt hadisə- 1 ölü

zaqatalada-bedbext-hadise-1-olu
Oxunma sayı: 642

“Qafqazinfo” bildirir ki, Trend Kanal S-ə istinadən məlumat verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Azərbaycan Müəllimlər İnstitutu rayon filialının tikilməkdə olan binasında qeydə alınıb.
Orada işləyən, Salyan rayon sakini, 21 yaşlı Teymur Siyasət oğlu Abbasovu binanın zirzəmisində cərəyan vurub və nəticədə o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının köhnə binası ötən ilin mayında baş verən zəlzələdə qəzalı vəziyyətə düşdüyündən filial üçün yeni bina inşa edilir.