Zaqatalada ər arvadını qətlə yetirdi

zaqatalada-er-arvadini-qetle-yetirdi
Oxunma sayı: 3615

Zaqatalada ər arvadını qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində, el arasında “Muxax selpo” deyilən ərazidə baş verib. Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır. 

Mübariz