Zaqatalada ev yanıb

zaqatalada-ev-yanib
Oxunma sayı: 936

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, rayonun Lahıc kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının, tavanın və çardağının yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.