Zaqataladakı yeraltı təkanların fəsadları üzə çıxır

zaqataladaki-yeralti-tekanlarin-fesadlari-uze-cixir
Oxunma sayı: 656

Əhliyar Adıgözəlovun sözlərinə görə, Zaqatalada qəzalı vəziyyətə düşən məktəb binalara baxış keçirilib. Hazırda rayonda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

“Hazırda rayonda dağılan və zərər məktəb binalarına baxış keçirilir. Təmiri mümkün olmayan binalar söküləcək və yerində yeni binalar tikiləcək. İndi tikilən məktəb binaları 9 bal gücündə zəlzələyə hesablanıb”, - deyə Əhliyar Adıgözəlov vurğuladı.

Fövqəladə Hallar Nazirliyindən də bildirirlər ki, Zaqatalada tikiləcək yeni binalar buranın seysmik göstəricisinə uyğun olacaq. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov ANS PRESS-ə açıqlamasında bildirdi ki, aparılan hesablamalar zamanı Zaqatala bölgəsinin təxminən 9 bal gücündəki seysmik ərazidə yerləşir. Bu səbəbdən də, yeni layihəyə əsasən burada 9 ballıq zəlzələyə davam gətirə biləcək binalar tikiləcək.

“Hazırda Zaqatala bölgəsində bizim 15 briqada işləyir. Bildiyiniz kimi cənab nazir Kəmaləddin Heydərov da zəlzələ bölgəsinə dəfələrlə baş çəkir və öz tövsiyyələrini verir. Görülən işlər də şəxsən onun nəzarəti altındadır. Köhnə binaların yerindəcə yeni binalar tikiləcək", - deyəXalid Nəcəfov bilirib.

“İstər yaşayış, istərsə də məktəb binaları olsun, dağılan tikili tamamilə söküləcək, yeri təmizlənəcək və yeni layihəyə uyğun olaraq təzə bina tikiləcək. Yəni sakinlər başqa məkanlara köçürülməyəcək. Hazırda orada qiymətləndirmə işləri aparılır. Yeni layihələr normativ tələblərə uyğun aparılacaq. Hazırda tikiləcək binalar seysmik zonaya uyğun olaraq 9 bala hesablanır. Yəni, Allah eləməmiş həmin yerdə 9 bal gücündə zəlzələ olarsa, bina dözəcək. Ola bilər ki, 9 bal gücündə zəlzələ binaya hansısa zərər vursun, amma bina dağılmayacaq”, - deyə Xalid Nəcəfov vurğuladı.