Zarina “Bir acı” klipini təqdim etdi- - Video

zarina-bir-aci-klipini-teqdim-etdi-
Oxunma sayı: 1982

 

Musiqisi Pərviz Mahmudov, sözləri Aygün İsmayılova məxsus mahnıya məşhur türk rejissoru Kamal Başbuğ ekran həyatı verib.

Yeni layihəsindən razı qalan Zarina açıqlamasında “Həm mahnıdan, həm də klipdən çox razıyam. Yanında işini bilən adamlar varsa, demək hər şey yolundadır. Bu klipə çox əziyyət çəkdik. Nəticənin bu cür yaxşı alınması bütün yorğunluğumu çıxartdı. Həm mahnının müəlliflərinə, həm rejissora, həm də İstanbul və Bakıdan Qəbələyə gələn 30 nəfərlik komandaya təşəkkür edirəm. Ümid varam ki, tamaşaçılarım da ən azı mənim qədər bəyənəcək”-, deyə bildirib. 

Mahnının bəstəkarı Pərviz Mahmudov musiqinin Zarinanın səsi üçün yazıldığını qeyd edib: “Heç bir ifaçıya “Bir acı” bu qədər yaraşmazdı. Zarina mahnıya ürək qoyub. Çox da gözəl alınıb. Mahnının müəllifi olaraq qeyd etmək istəyirəm ki, bu məhz Zarinanın halal mahnısıdır. Ondan başqa da heç kim bu mahnını oxuya bilməz”.

Qeyd edək ki, mahnının “Şarm” qrupu tərəfindən ifa edilməsi “Bir acı” ətrafında qalmaqal yaradıb.