Zarina bu dəfə tək

zarina-bu-defe-tek
Oxunma sayı: 685

Müğənni “Qafqazinfo”ya verdiyi məlumata görə, o, Sayınla duet oxuduğu mahnını tək ifa etmək qərarına gəlib: “Düzdür, mahnı möhürünü məhz Ümit bəylə duetimdən sonra vurdu. Ancaq burada iştirak etdiyim tədbirlərdə tamaşaçılar mahnını istəyən zaman ifa edə bilmirəm. Məhz bunun üçün də mahnının solo versiyasını İstanbuldakı səsyazma studiyasında təkrar oxumalıyam. Bir müddət öncə Ümit bəyi yola salsam da, ardınca da özüm gedirəm. Onu da vurğulayım ki, musiqinin remiks versiyasını da ərsəyə gətirmək niyətindəyəm”.

Müğənni həmçinin musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovaya məxsus “Sevmə ürək” mahnısının da remiksini hazırlayır: “Bu mahnı yaradıcılığımda lirika silsiləsində öz möhürünü vurub. Gənclər tərəfindən sevilən mahnını yeni ritmlərlə dinləmək maraqlı olar”.

Zarinanın təqdim etdiyimiz fotosessiyası Kamal müəllimin əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlun sözlərinə yazdığı “Doğum günüm” mahnısına çəkdirdiyi klipi zamanı görüntülənib. Klip qardaş ölkədə ekranlaşdırılıb.

Bu da sözügedən mahnının klipi

Aynur Babayeva