Zarina qayıtmadı...

zarina-qayitmadi-
Oxunma sayı: 671

Bu barədə “Qafqazinfo”ya məlumatı müğənninin mətbuat katibi Türkan Məmmədli verib. O bildirib ki, müğənni ifa etdiyi sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus olan “Qayıtmadı” mahnısına çəkilən klipdə tərəf müqabili olaraq gənc teleaparıcı və musiqiçi Sami Orucu seçib.

Z.Məmmədova 2013-cü ilin ilk klipi olan “Qatyıtmadı” süjet xəttində iki gəncin sevgisindən bəhs olunub. Bir neçə obrazı canlandıran müğənninin imici üzərində stilist-vizajist Elnur Həsənov çalışıb.

Ağ-qara görüntüdə çəkilən klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Elmir Süleymanov və montaj müəllifi Emin Muradovdur.

Aynur B.