Zarina Sərdar Ortaçla bir səhnəni bölüşəcək

zarina-serdar-ortacla-bir-sehneni-bolusecek
Oxunma sayı: 980


“Qafqazinfo”nun məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə  sentyabr 27-də “Yaşıl teatr”da baş tutacaq konsertdə ilk səhnəyə  Zarina Məmmədova çıxacaq.

Konsert haqda fikirlərini bölüşən ifaçı yeniliklərindən də söhbət açıb: 

“Sentyabrda baş tutacaq konsertdə ilk öncə səhnəyə mən çıxacam. Təbii ki, yeniliklərim bununla bitmir.  Hazırda radio dalğalarında illər öncə ifa etdiyim “Dəlilik” mahnısının  remix variantı və “Her ortamda” adlı türk mahnısı səslənir. Həmçinin yeni mahnılar üzərində çalışıram. Musiqi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus “Niyəsi yoxdur” adlı mahnı hazırlayıram. Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanınam ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Dinləyicilər bu ifamı “Yaşıl teatr”da dinləyəcəklər”.